24 fevral 2026. Çərşənbə axşamı

"Ümid edirəm ki, Vinisius və Mbappe Çempionlar Liqasını qazanacaqlar"


"Ümid edirəm ki, Vinisius və Mbappe Çempionlar Liqasını qazanacaqlar"

Fransanın "Lion" klubunda icarə əsasında çıxış edən "Real Madrid" hücumçusu Endrik, Madridin digər hücumçuları Vinisius Junior və Kilian Mbappe ilə birlikdə UEFA Çempionlar Liqasını qazanmaq arzusunda olduğunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "AS" braziliyalı futbolçunun dediklərini belə çatdırıb.

“Ümid edirəm ki, bir gün yenidən Vinísius Júnior və [Kilian] Mbappeni birlikdə görəcəyəm, onlar Çempionlar Liqasını və digər titulları qazanacaqlar.

Mbappe və Eduardo Kamavinqa mənə dedi ki, Liqa 1 çox yaxşı və rəqabətcil liqadır. Onlar məni ‘Lion’la müqavilə imzalamağa ciddi şəkildə təşviq etdilər, çünki bu əla komandadır. Mən onların məsləhətinə çox dəyər verirəm”

Qeyd edək ki, Endrik Liqa 1-in yanvar ayının ən yaxşı oyunçusu seçilib. “Lion” üçün keçirdiyi 6 oyunda o, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalının qiymətləndirməsinə görə, braziliyalı futbolçunun bazar dəyəri 25 milyon avrodur.







Fransa L.1

"Monako"dan çətin qələbə
  • Fransa L.1
  • 22:21 21.02.2026
"Monako"dan çətin qələbə
"Renn" evdə PSJ-yə qalib gəldi
  • Fransa L.1
  • 00:03 14.02.2026
"Renn" evdə PSJ-yə qalib gəldi