1 mart 2026. Bazar günü

“Renn” evdə qalib gəldi


“Renn” evdə qalib gəldi

Fransa Liqa 1-in 24-cü turunda “Renn” doğma meydanda “Tuluza”nı 1:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma ərzində topa daha çox nəzarət edən meydan sahibləri qol epizodlarında da üstün görünürdülər. Matçın 27-ci dəqiqəsində Musa Tamarinin cinah ötürməsindən sonra qonaq komandanın qapıçısı çıxışda səhvə yol verib. Arno Nordin müdafiəçi ilə mübarizədən qalib ayrılaraq topu başla qapıdan keçirib – 1:0.

Bir qədər sonra Tamari özü də cərimə meydançası kənarından təhlükəli zərbə endirsə də, top az fərqlə yan keçib.

Bu qələbə “Renn” üçün ardıcıl üçüncü olub. Komanda bununla xallarını artıraraq dördüncü pillədə qərarlaşan “Marsel”ə çatıb. “Tuluza” isə turnir cədvəlinin 10-cu sırasında yer alır.







Fransa L.1

“Renn” evdə qalib gəldi
  • Fransa L.1
  • 22:15 28.02.2026
“Renn” evdə qalib gəldi
"Monako"dan çətin qələbə
  • Fransa L.1
  • 22:21 21.02.2026
"Monako"dan çətin qələbə
"Renn" evdə PSJ-yə qalib gəldi
  • Fransa L.1
  • 00:03 14.02.2026
"Renn" evdə PSJ-yə qalib gəldi