21 aprel 2026. Çərşənbə axşamı

"Monako" evdə "Anje"ni məğlub etdi


"Monako" evdə "Anje"ni məğlub etdi

Fransanın Liqa 1-inin 2025/2026 mövsümünün 24-cü turunda "Monako" öz meydanında "Anje"ni qəbul edib.

90deqiqe.Az xəbər verir ki, "Luı II" stadionunda baş tutan matçı baş hakim Giyom Paradi idarə edib.

Ev sahibi komanda görüşdə 2:0 hesabı ilə qələbə qazanıb. İlk qol 57-ci dəqiqədə "Monako"nun yarımmüdafiəçisi Folarin Balogun tərəfindən vurulub. Beş dəqiqə sonra isə Simon Adingra üstünlüyü artırıb. 

Bu nəticədən sonra "Monako" 24 oyundan sonra 37 xalla Liqa 1-də 7-ci pillədə qərarlaşıb. "Anje" isə 29 xalla 12-ci sıradadır.

Növbəti turda "Monako" 6 mart tarixində səfərdə PSJ ilə qarşılaşacaq, "Anje" isə bir gün sonra Nant komandasını qəbul edəcək.







Fransa L.1

PSJ-də ciddi itki
  • Fransa L.1
  • 21:41 20.04.2026
PSJ-də ciddi itki
“Nitsa” evdə xal itirdi
  • Fransa L.1
  • 21:20 12.04.2026
“Nitsa” evdə xal itirdi