2 mart 2026. Bazar ertəsi

“Marsel” evdə “Lion”u məğlub edib


“Marsel” evdə “Lion”u məğlub edib

Fransa Liqa 1-in 2025/2026 mövsümünün 24-cü turunda "Marsel" "Lion"u qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Stade Velodrome” stadionunda keçirilən qarşılaşmanı baş hakim Jerom Brizar idarə edib. Beş qolun vurulduğu oyunda meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.

Hesabı 3-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Korentin Tolisso açıb. Epizodda məhsuldar ötürmə Endrikin aktivinə yazılıb. 53-cü dəqiqədə İqor Payşao tarazlığı bərpa edib. 76-cı dəqiqədə Remi İmber Endrikin ötürməsindən sonra “Lion”u yenidən önə çıxarıb.

81-ci dəqiqədə Pyer-Emerik Obameyanq hesabı bərabərləşdirib. Hücumçu 90+1-ci dəqiqədə dubla imza ataraq “Marsel”ə vacib qələbə qazandırıb – 3:2.

24 turdan sonra “Lion” 45 xalla üçüncü pillədə qərarlaşıb. “Marsel” isə 43 xalla dördüncü sıradadır.

Növbəti turda “Lion” martın 8-də doğma meydanda “Paris”lə qarşılaşacaq. “Marsel” isə bir gün əvvəl səfərdə "Tuluza"nın qonağı olacaq.







Fransa L.1

PSJ-yə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:06 01.03.2026
PSJ-yə bir qol bəs etdi
"Monako" evdə "Anje"ni məğlub etdi
  • Fransa L.1
  • 01:43 01.03.2026
"Monako" evdə "Anje"ni məğlub etdi
“Renn” evdə qalib gəldi
  • Fransa L.1
  • 22:15 28.02.2026
“Renn” evdə qalib gəldi
"Monako"dan çətin qələbə
  • Fransa L.1
  • 22:21 21.02.2026
"Monako"dan çətin qələbə
"Renn" evdə PSJ-yə qalib gəldi
  • Fransa L.1
  • 00:03 14.02.2026
"Renn" evdə PSJ-yə qalib gəldi