- Fransa L.1
- 02:22 07.03.2026
PSJ-nin baş məşqçisi Luis Enrike Fransanın çempionatı çərçivəsində 25-ci turun "Monako" ilə oyun öncəsi mətbuat konfransında danışıb.
90deqiqe.Az-ın məlumatına görə, ispan çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“Ən yaxşı hissə artıq yaxınlaşır. Biz çox danışdıq: indiyədək nələr etdik və nələri yaxşılaşdırmalı olduğumuzu müzakirə etdik. Futbolçuların oyundan həzz almasını istəyirik. Bir neçə böyük oyun gözləyir. Ev oyununda Monako ilə qarşılaşma vacibdir, bizə üç xal lazımdır.Bilirik ki, bu, Çempionlar Liqası səviyyəsində oyun olacaq. Mentalitetimizi qoruyuruq və məşqdə öyrəndiklərimizi praktikada tətbiq etmək istəyirik. Rəqiblər istədikləri kimi oynaya bilərlər, amma biz bacardığımızı etməyə fokuslanmışıq”
Görüş bu gün baş tutacaq və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Hazırda PSJ çempionatda 57 xalla liderdir. "Monako" isə yeddinci pillədə, 20 xal geri qalır.