7 mart 2026. Şənbə

“Monako” səfərdə PSJ-ni məğlub etdi


“Monako” səfərdə PSJ-ni məğlub etdi

Fransa Liqa 1-in 2025/2026 mövsümünün 25-ci turunda PSJ ilə “Monako” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Parisdə yerləşən “Park de Prens” stadionunda keçirilib. Matçın baş hakimi Rüddi Büke olub.

Görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 27-ci dəqiqədə “Monako”nun hücumçusu Maqnes Akliuș açıb. Qonaqların rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovin 55-ci dəqiqədə fərqi artırıb. O, 54-cü dəqiqədə meydana daxil olub və cəmi 24 saniyə sonra qol vurmağa nail olub.

71-ci dəqiqədə PSJ-nin hücumçusu Bredli Barkola hesab arasındakı fərqi azaldıb. Lakin bundan iki dəqiqə sonra “Monako”nun forvardı Folərin Baloqun Paris təmsilçisinin qapıçısı Matvey Safonovun qoruduğu qapıya üçüncü qolu vurub. Matçın qalan hissəsində tərəflər fərqlənə bilməyiblər.

25 turdan sonra PSJ 57 xalla Fransa çempionatının turnir cədvəlinə başçılıq edir. “Monako” isə 40 xalla altıncı pillədə qərarlaşıb.

Növbəti turda Luis Enrikenin komandası martın 15-də öz meydanında “Nant”ı qəbul edəcək. “Monako” isə bir gün əvvəl – martın 14-də “Brest”lə qarşılaşacaq.







Fransa L.1

PSJ-yə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:06 01.03.2026
PSJ-yə bir qol bəs etdi
"Monako" evdə "Anje"ni məğlub etdi
  • Fransa L.1
  • 01:43 01.03.2026
"Monako" evdə "Anje"ni məğlub etdi
“Renn” evdə qalib gəldi
  • Fransa L.1
  • 22:15 28.02.2026
“Renn” evdə qalib gəldi
"Monako"dan çətin qələbə
  • Fransa L.1
  • 22:21 21.02.2026
"Monako"dan çətin qələbə