- Fransa L.1
- 16:51 09.03.2026
Fransa Liqa 1-in 25-ci turu çərçivəsində “Lion” və “Paris” komandaları arasında keçirilən oyun başa çatıb.
90deqiqe.Az xəbər verir ki, qarşılaşma Lion şəhərində yerləşən “Groupama” stadionunda baş tutub. Oyunu baş hakim Erik Vattelye idarə edib. Final fitindən sonra meydanda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Matçda hesabı qonaq komanda açıb. Marşall Muneçi 63-cü dəqiqədə fərqlənərək “Paris”i hesabda önə keçirib. Meydan sahibləri isə məğlubiyyətdən son anda xilas olublar. Belə ki, Korenten Tolisso 90+6-cı dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
Bu nəticədən sonra “Lion” Fransa çempionatının turnir cədvəlində 46 xalla 4-cü pillədə qərarlaşıb. “Paris” isə 27 xalla 13-cü yerdədir.
Növbəti turda “Lion” martın 15-də səfərdə “Havr” ilə qarşılaşacaq. “Paris” isə həmin gün səfərdə “Strasburq”un qonağı olacaq.
Xatırladaq ki, əvvəlki turda “Lion” “Marsel”ə 2:3 hesabı ilə məğlub olub. “Paris" isə “Nitsa” üzərində 1:0 hesablı qələbə qazanıb.