- Fransa L.1
- 16:51 09.03.2026
Fransanın “Lion” komandası hazırda kiçik böhran yaşayır – klub artıq dörd oyundur qələbə qazana bilmir.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı baş məşqçi Paulo Fonseka futbolçuların fiziki hazırlıq səviyyəsindən narahat olduğunu açıqlayıb.
“Hazırda çox oyun keçirilir və futbolçuların optimal fiziki vəziyyətdə olmasını gözləmək mənasızdır. Ümid edirəm ki, millilər üçün fasilə oyunçuların bərpasına kömək edəcək”, – deyə Fonseka bildirib. Bu açıqlama derbyderbyderby.it saytına istinadən verilib.
Hazırda “Lion” Fransanın çempionat cədvəlində 4-cü pillədə qərarlaşıb. Fonseka komandaya keçən ilin yanvarından rəhbərlik edir; bundan əvvəl isə "Milan" klubunun baş məşqçisi olub.