- Fransa L.1
- 23:39 16.03.2026
PSJ-nin hücumçusu Usman Dembele gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, "The Touchline" futbolçunun dediklərini belə çatdırıb.
“PSJ”də qalmamaq üçün heç bir səbəb yoxdur. Lakin qərarları təkcə mən vermirəm – hər şey klubdan və menecerimdən asılıdır”
Son günlər mətbuatda fransalı futbolçunun “Mançester Siti”yə keçə biləcəyi ilə bağlı iddialar səslənir.
Qeyd edək ki, Usman Dembele ilə “PSJ” arasındakı müqavilə 2028-ci ilin ortalarınadək qüvvədədir. Fransalı hücumçu 2023-cü ilin yayında “Barselona”dan transfer olunaraq Paris klubuna qoşulub.
O vaxtdan bəri Dembele “PSJ”nin heyətində 122 oyuna çıxıb, 53 qol vurub və komanda yoldaşları üçün 38 məhsuldar ötürmə verib.
Xatırladaq ki, Usman Dembele ötən il “Qızıl top” mükafatının sahibi olub.