17 may 2026. Bazar günü

PSJ-nin futbolçusu sıradan çıxıb


PSJ-nin futbolçusu sıradan çıxıb

PSJ-nin hücumçusu Bredli Barkola UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi” ilə cavab görüşündə zədələnib.  

90deqiqe.Az-ın məlumatına görə, futbolçu bu gün tibbi müayinədən keçib və nəticədə ona sağ ayaq biləyinin ciddi bağ zədələnməsi diaqnozu qoyulub. Barkola bir neçə həftə ərzində meydana çıxa bilməyəcək və mart ayında Fransa milli komandası ilə oyunlarda iştirak etməyəcək.

Qeyd edək ki, görüş Paris komandası üçün 3:0 hesablı qələbə ilə başa çatıb.

Bredli Barkola 2023-cü ildə “Lion”-dan “PSJ-yə 45 milyon avro qarşılığında keçib. Onun hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

Cari mövsümdə hücumçu Paris klubunun heyətində bütün turnirlər üzrə 38 oyun keçirib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.







Fransa L.1

Fati “Monako”da qalacaq
  • Fransa L.1
  • 23:07 06.05.2026
Fati “Monako”da qalacaq
“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi