22 mart 2026. Bazar günü

“Monako” səfərdə “Lion”u məğlub etdi


“Monako” səfərdə “Lion”u məğlub etdi

2025/2026-cı il Fransa Liqa 1 mövsümünün 27-ci turunun "Lion" və "Monako" komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “Grupara” stadionunda (Lion, Fransa) baş tutan matçda qonaqlar 2:1 hesabı ilə qələbə qazanıb.

Matçın ilk qolunu 42-ci dəqiqədə “Lion”un yarımmüdafiəçisi Pavel Şults vurub. 62-ci dəqiqədə Magnes Akliuş hesabı bərabərləşdirib, 10 dəqiqə sonra isə Folarin Balogun “Lion”un qapısından ikinci topu keçirib. Matçın son dəqiqələrində, 90-cı dəqiqədə, “Lion”un müdafiəçisi Nikolas Talyafiko qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

27 turdan sonra Liqa 1-in cədvəlində “Lion” 47 xalla 4-cü pillədə qərarlaşıb, “Monako” isə 46 xalla 5-ci sıradadır.

Növbəti turda “Monako” 5 aprel tarixində öz meydanında “Marsel”i qəbul edəcək, eyni gündə isə “Lion” səfərdə “Anje” ilə qarşılaşacaq.







Fransa L.1

PSJ-nin futbolçusu sıradan çıxıb
  • Fransa L.1
  • 23:34 18.03.2026
PSJ-nin futbolçusu sıradan çıxıb
“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 22:38 15.03.2026
“Lion” səfərdə xal itirdi