- Fransa L.1
- 23:02 22.03.2026
2025/2026-cı il Fransa Liqa 1 mövsümünün 27-ci turunda “Marsel” öz meydanında “Lill”i qəbul edib.
90deqiqe.Az xəbər verir ki, görüşdə meydan sahibləri 1:2 hesabı ilə uduzub.
“Marsel” matçın ilk hissəsində təşəbbüsü ələ alaraq hesabı açan tərəf olub. 43-cü dəqiqədə topu qapıya göndərən İtan Nvaneri olub, məhsuldar ötürməni isə İqor Paişao verib.
İkinci hissənin başlanğıcında isə qonaqlar hesabı bərabərləşdirib. Toma Mönye rəqib qapısına topu göndərərək oyunu bərabərləşdirib.
Qələbəni isə 86-cı dəqiqədə Olivye Jiru gətirib – bu dəfə məhsuldar ötürməni Mönye edib.
Qələbədən sonra “Lill” 47 xala yüksələrək Fransız çempionatında 5-ci pilləyə qalxıb. “Marsel” isə 49 xalla 3-cü sıradadır.