- Fransa L.1
- 02:29 23.03.2026
Fransalı hücumçu Dimitri Payet 39 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, o, Fransa çempionatında "Marsel" ilə "Lill" arasında keçirilən qarşılaşmaya dəvət olunub. Vaxtilə hər iki klubun formasını geyinmiş təcrübəli futbolçu oyunun fasiləsi zamanı verdiyi açıqlamada karyerasını rəsmən bitirdiyini bildirib.
Maraqlı məqam isə ondan ibarətdir ki, futbolçu son aylarda rəsmi oyunlarda iştirak etmirdi. Onun son klubu olan Braziliyanın "Vasko da Qama" komandası ilə yolları ayrılmışdı.
“Bu gün karyeramı başa vururam. Bu, mənim üçün unudulmaz bir yol idi və bu qərarı özümü doğma hiss etdiyim məkanda açıqlamaq istədim”, – deyə futbolçu bildirib.