23 mart 2026. Bazar ertəsi

PSJ “Lens” matçının təxirə salınmasını istəyir


PSJ “Lens” matçının təxirə salınmasını istəyir

PSJ klubu Fransa çempionatı çərçivəsində "Lens" ilə keçirilməsi nəzərdə tutulan qarşılaşmanın təxirə salınması üçün rəsmi müraciət edib.

90deqiqe.Az-ın "L’Equipe"yə istinadən məlumatına görə, Paris təmsilçisinin baş məşqçisi Luis Enrikenin rəhbərlik etdiyi kollektiv Çempionlar Liqasının 1/4 final mərhələsində "Liverpul" ilə baş tutacaq oyunlar arasında daxili çempionat matçının keçirilməməsini məqsədəuyğun hesab edir.

Qeyd edək ki, daha əvvəl də oxşar qərar qəbul olunmuş, "Nant" ilə qarşılaşma təxirə salınmış və bununla da parislilər Çempionlar Liqasının 1/8 final mərhələsində "Çelsi" ilə oyunlar arasında əlavə yüklənmədən azad olunmuşdu.

“Lens” – PSJ qarşılaşmasının taleyinə Fransa Peşəkar Futbol Liqasının cümə axşamı keçiriləcək iclasında aydınlıq gətiriləcək. 

Eyni zamanda, "Strasburq" klubu da Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək oyunlar arasına təsadüf edən "Bres"t ilə matçın təxirə salınması üçün müraciət ünvanlayıb. "Strasburq"un bu turnirdəki rəqibi isə "Maynts" komandası olacaq.







Fransa L.1

PSJ-nin futbolçusu sıradan çıxıb
  • Fransa L.1
  • 23:34 18.03.2026
PSJ-nin futbolçusu sıradan çıxıb
“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 22:38 15.03.2026
“Lion” səfərdə xal itirdi