14 dekabr 2025. Bazar günü

PSJ və Monako'dan qələbə, Lion uduzdu


PSJ və Monako'dan qələbə, Lion uduzdu

Fransa çempionatıda 8-ci turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, turun əksər oyunları ilk oyun günündə baş tutub. “Lion" öz meydanında “Nant"la qarşılaşıb. Meydan sahibləri bu görüşdə məğlub olublar.

PSJ səfərdə “Bordo”nun qonağı olub. Paris təmsilçisi yenə Neymarın vurduğu yeganə qol sayəsində qələbə qazanıb. 

“Monako” isə öz doğma meydanında “Brest”lə qarşılaşıb. Mövsümə uğursuz başlayan knyazlıq təmsilçisi ardıcıl ikinci qələbəsini qazanıb.

Fransa Liqa 1
8-ci tur

28 sentyabr

Olimpik (Lion) – Nant 0:1
Qol: Marsal, 59-öz qapısına.

Bordo – PSJ 0:1
Qol: Neymar, 70.

Anje – Amyen 1:1
Qol: Aliui, 83 – Mendoza, 13.

Mets – Tuluza 2:2
Qol: Diallo, 5. Niane, 90-pen – Said, 86. Koloris, 90+6.

Monako – Brest 4:1
Qol: Ben Yedder, 27. Slimani, 62-pen. Martins, 73. Keyta, 90 – Mendi, 77.

Nitsa – Lill 1:1
Qol: Dolberq, 13 – Arauxo, 24.

Reyms – Dijon 1:2
Qol: Xavalerin, 17 – Tavares, 19. Balde, 48.







Fransa L.1

Poqba “Marsel”lə oyunu buraxacaq
  • Fransa L.1
  • 15:01 14.12.2025
Poqba “Marsel”lə oyunu buraxacaq
“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi