- Fransa L.1
- 19:36 30.03.2026
"Nant" Ticarət Məhkəməsi, 3-cü Liqada çıxış edən İngiltərə klubunun 2023-cü ilin mayında başlatdığı və "Kardif Siti" ilə "Nant" klubunu qarşı-qarşıya gətirən hüquqi və maliyyə mübahisəsində qərarını açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, Fransız məhkəməsi "Nant" klubunun uğradığı mənəvi zərərlər və hüquqi xərclər üçün "Kardif Siti" klubuna təxminən 400.000 funt sterlinq cərimə kəsib.
İngiltərə klubu Salanın təyyarə qəzasında həyatını itirməsindən sonra tələb etdiyi 104 milyon funt sterlinq təzminat iddiası isə rədd edilib.
Məhkəmə "Kardif Siti"nin Salanın klubda Premier Liqada çıxış edə biləcəyinə dair iddiasını rədd edib və gəlir itkiləri üçün tələb olunan məbləği ödəməyə məcbur edib.
Qeyd edək ki, "Nant"dan "Kardif Siti"yə transfer olan 28 yaşlı Sala və pilot Devid İbbotson 2019-cu il 21 yanvar gecəsi təyyarələrinin Manş dənizinə düşməsi nəticəsində həyatını itirmişdi.