- Fransa L.1
- 23:20 05.04.2026
PSJ-nin baş məşqçisi Luis Enrike maaşı barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Mənim maaşım? Əlbəttə ki, mən dünyanın ən yüksək maaş alan məşqçilərindən biriyəm. Mən bundan tamamilə məmnunam"
Luis Enrike 2023-cü ildə PSJ-yə rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında Paris klubu üç dəfə Fransa Super Kubokunu, iki dəfə Fransa Çempionatını və iki dəfə Fransa Kubokunu, eləcə də hər biri bir dəfə Çempionlar Liqasını, UEFA Super Kubokunu və Qitələrarası Kuboku qazanıb. İspan məşqçinin Parislilərlə müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir, lakin PSJ məşqçi ilə yeni müqavilə imzalamaqda maraqlıdır.