17 avqust 2026. Bazar ertəsi

Fanatlarla münasibət sevgilinlə münasibət kimidir – Neymar


Fanatlarla münasibət sevgilinlə münasibət kimidir – Neymar

PSJ-nin hücumçusu Neymar komandanın azarkeşləri ilə aralarında olan problem haqda fikirlərini bildirib.

Neymar'ın bu yay “Barselona”ya keçmək istədiyinə görə parisli fanatlar hələ də ona qəzəblidirlər. 

Corner.az-ın xəbərinə görə, “Sky Sports”a müsahibəsində Neymar deyib:

“Fanatlarla münasibət sevgilinlə münasibət kimidir. Bəzən siz mübahisə edirsiniz və bir müddət danışmırsınız. Sonra isə sevgi və qayğı sayəsində əvvəlki isti münasibətləri bərpa edirsiniz. Mən PSJ-nin uğuruna görə meydanda canımı qoymağa hazıram”.

 







Fransa L.1

"Malyorka" PSJ-ni darmadağın etdi
  • Fransa L.1
  • 01:05 06.08.2026
"Malyorka" PSJ-ni darmadağın etdi