5 avqust 2026. Çərşənbə

“Lion” səfərdə xal itirdi


“Lion” səfərdə xal itirdi

Fransa çempionatının 28-ci turunda “Anje” doğma meydanda “Lion”u qəbul edib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

90 dəqiqə ərzində komandalar hesabı aça bilməyib və tərəflər meydanı hərəyə bir xalla tərk ediblər. Bu nəticədən sonra “Lion” 48 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. “Anje” isə 33 xalla 12-ci sırada yer alır.

Xatırladaq ki, mövsümün ilk dövrəsində keçirilən oyunda “Lion” rəqibini 1:0 hesabı ilə məğlub etmişdi. Həmin qarşılaşma 19 sentyabr 2025-ci ildə baş tutmuşdu və yeganə qolu Tanner Tessmann vurmuşdu.

Növbəti turda “Anje” aprelin 11-də səfərdə “Renn”lə qarşılaşacaq. “Lion” isə aprelin 12-də “Loryan”la üz-üzə gələcək.







Fransa L.1

“Komandasız heç nəsən”
  • Fransa L.1
  • 22:37 25.05.2026
“Komandasız heç nəsən”