- Fransa L.1
- 23:25 07.04.2026
PSJ-nin yarımmüdafiəçisi Vitinya komandadan mümkün ayrılıqla bağlı yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "RMC Sport" futbolçunun dediklərini belə çatdırıb.
“Getmək axmaqlıq olardı. Hazırda bunun mənim üçün ən doğru qərar olduğunu düşünmürəm. Mən burada, PSJ-də özümü çox yaxşı hiss edirəm.
Düşünürəm ki, insanlar məni həqiqətən sevirlər və bu rəğbəti qazana bilmişəm. Mənə burada olmaq xoşdur, ailəmə də. Bizim çox güclü komandamız və əla baş məşqçimiz var.
Səudiyyə klublarının marağına gəlincə, mən artıq Avropada, böyük klubda kifayət qədər yaxşı qazanıram. Maaşımın iki və ya üç dəfə artırılması məni daha xoşbəxt etməz”
Daha əvvəl futbolçu ilə Madrid “Real”ı və Səudiyyə Ərəbistanının bir neçə klubunun maraqlandığı deyilirdi.
Cari mövsümdə Vitinya bütün yarışlarda 42 oyunda iştirak edib, 7 qol vurub və 10 məhsuldar ötürmə edib.
Aprelin 8-də PSJ ilə “Liverpul” arasında qitənin ən nüfuzlu klub turnirinin dörddəbir final mərhələsinin ilk oyunu keçiriləcək. Qarşılaşma Parisdə baş tutacaq. Cavab görüşü isə aprelin 14-nə planlaşdırılıb.