11 aprel 2026. Şənbə

Luis Enrike maaşının artırılması ilə müqaviləsinin uzadılmasına yaxındır


Luis Enrike maaşının artırılması ilə müqaviləsinin uzadılmasına yaxındır

Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike ilə yeni müqavilənin imzalanmasına yaxınlaşıb.

90deqiqe.Az-ın "RMC Sport"a istinadən məlumatına görə, tərəflər 2030-cu ilin ortalarına qədər qüvvədə olacaq yeni əmək müqaviləsi üzrə razılığa çox yaxındır. Paris klubu bu məsələnin mövsümün sonunadək yekunlaşmasını istəyir.

Müqavilə yeniləndikdən sonra Enrikenin maaşının əhəmiyyətli dərəcədə artırılması gözlənilir. O, Avropanın ən yüksək maaş alan üç baş məşqçisi sırasına daxil ola bilər.

Bununla belə, ispan mütəxəssisin əsas prioritetinin maliyyə olmadığı bildirilir. O, klubda özünü rahat hiss edir və idman layihəsinə tam şəkildə sadiqdir.

Luis Enrikenin rəhbərliyi altında PSJ indiyədək 10 titul qazanıb, o cümlədən 2025-ci ildə UEFA Çempionlar Liqasının qalibi olub.







Fransa L.1

“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 23:20 05.04.2026
“Lion” səfərdə xal itirdi