7 noyabr 2026. Şənbə

"Monako" səfərdə darmadağına üzüldü


"Monako" səfərdə darmadağına üzüldü

Fransa çempionatının 29-cu turunda "Paris" klubu öz meydanında "Monako" komandasını qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, paytaxt təmsilçisi oyunda 4:1 hesablı inamlı qələbə qazanıb. Ev sahibi komanda matça daha yaxşı başlayıb və cəmi 8 dəqiqə ərzində iki dəfə fərqlənib. Qolları Naniyamo İkone və Çiro İmmobile vurublar.

Birinci hissənin ortalarında hesab daha da böyüyüb. “Paris”in üçüncü qoluna İkone imza ataraq dubl edib.

36-cı dəqiqədə qonaqların heyətində Folarin Balogun fərqlənib, ona ötürməni Alaci Bamba verib.

Görüşdə son nöqtəni 71-ci dəqiqədə Luka Koleoşo qoyub.

Bu nəticədən sonra “Paris” 35 xal toplayaraq turnir cədvəlində 12-ci pilləyə yüksəlib. “Monako”nun isə 49 xalı var və komanda 5-ci sırada qərarlaşıb.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi