14 may 2026. Cümə axşamı

"Marsel" 3 xalı 3 qolla qazandı


"Marsel" 3 xalı 3 qolla qazandı

Fransa Liqa 1-in 29-cu turunda "Marsel" klubu öz meydanında "Mets" komandasını qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, Provans təmsilçisi oyunda 3:1 hesablı qələbə qazanıb.

13-cü dəqiqədə ev sahibi komanda hesabı açıb. Qolu Per-Emerik Obameyanq vurub, məhsuldar ötürmə isə Meyson Qrinvud tərəfindən edilib.

Fasiləyədək başqa qol olmayıb.

48-ci dəqiqədə “Marsel” ikinci qolu vurub. Bu dəfə İqor Payşaon fərqlənib, assisti yenə Qrinvud edib.

“Mets” isə Georgi Çitaşvilinin qolu ilə fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib.

Matçın sonuna əlavə edilmiş dəqiqələrdə Hamed Junior Traore “Marsel”in üçüncü qolunu vurub.

Bu nəticədən sonra “Marsel” 52 xalla turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Mets” isə 15 xalla sonuncu — 20-ci yerdə qalır.







Fransa L.1

Fati “Monako”da qalacaq
  • Fransa L.1
  • 23:07 06.05.2026
Fati “Monako”da qalacaq
“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi