- Fransa L.1
- 22:33 13.04.2026
PSJ-nin hücumçusu Usman Dembelenin gələcək karyerası hələ də qeyri-müəyyəndir.
90deqiqe.Az-ın “L’Equipe”yə istinadən məlumatına görə, futbolçu ilə klub müqavilənin uzadılması məsələsini tələsik müzakirə etmir. Hazırkı əmək müqaviləsi 2027/2028 mövsümünün sonuna qədər qüvvədədir.
Danışıqlar uğursuz olarsa, Usman Dembele karyerasını İngiltərə Premyer Liqası klublarından birində davam etdirə bilər. İngiltərə klublarının maliyyə imkanları belə bir transferi real edir.
Bununla yanaşı, futbolçunun Səudiyyə Ərəbistanına yollanması variantı da nəzərdən keçirilir.
Qeyd edək ki, Usman Dembele ötən il “Qızıl top” mükafatının qalibi olub. Hazırda “Transfermarkt” portalı onun transfer dəyərini 100 milyon avro olaraq qiymətləndirir.