7 noyabr 2026. Şənbə

“Loryan” “Marsel”i məğlub etdi


“Loryan” “Marsel”i məğlub etdi

Fransa çempionatının 30-cu turunda “Loryan” doğma meydanda “Marsel”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matça daha yaxşı başlayan “Loryan” üstünlüyünü 28-ci dəqiqədə qola çevirib. Panos Katseris fərqlənib.

Fasilədən sonra da ev sahibləri fəallığını davam etdiriblər. 58-ci dəqiqədə Bamba Dyenq dəqiq zərbə ilə hesab arasındakı fərqi artırıb, məhsuldar ötürmə Pablo Paji tərəfindən edilib.

Bu nəticədən sonra “Loryan” xallarını 41-ə çatdıraraq turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. “Marsel” isə 52 xalla 4-cü sırada yer alır.

Qeyd edək ki, komandalar arasında ilk dövrədə keçirilən oyunda “Marsel” rəqibini 4:0 hesabı ilə məğlub etmişdi.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi