20 aprel 2026. Bazar ertəsi

PSJ öz meydanında "Lion"a məğlub oldu


PSJ öz meydanında "Lion"a məğlub oldu

Fransa çempionatının 30-cu turunda PSJ ilə "Lion" arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az xəbər verir ki, oyun Parisdə yerləşən “Park de Prens” stadionunda baş tutub. Görüşün baş hakimi Jerom Brizar olub. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 7-ci dəqiqədə Lionun hücumçusu Endrik açıb. 18-ci dəqiqədə isə Afonso Moreyra fərqlənərək qonaqların üstünlüyünü artırıb. Qarşılaşmanın 90+4-cü dəqiqəsində PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya bir top vuraraq yekun nəticəni müəyyənləşdirib — 1:2.

30 turdan sonra PSJ 63 xalla turnir cədvəlinə başçılıq edir. "Lion" isə 30 oyundan topladığı 54 xalla üçüncü pillədə qərarlaşıb.







Fransa L.1

“Nitsa” evdə xal itirdi
  • Fransa L.1
  • 21:20 12.04.2026
“Nitsa” evdə xal itirdi
"Marsel" 3 xalı 3 qolla qazandı
  • Fransa L.1
  • 01:16 11.04.2026
"Marsel" 3 xalı 3 qolla qazandı