23 sentyabr 2026. Çərşənbə

PSJ-də ciddi itki


PSJ-də ciddi itki

PSJ klubunun yarımmüdafiəçisi Vitinya Fransa Liqa 1-in “Lion”la keçirilən matçın ilk hissəsində zədələnərək meydanı tərk etməli olub.

90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə,  26 yaşlı futbolçunun sağ daban nahiyəsində zədə aşkarlanıb. Portuqaliyalı futbolçunun vəziyyəti yaxın günlərdə tibbi heyət tərəfindən nəzarətdə saxlanılacaq.

Həftənin sonuna doğru Vitinyanın əlavə müayinədən keçəcəyi və bərpa müddətinin dəqiqləşdiriləcəyi bildirilib.

Qeyd edək ki, PSJ aprelin sonunadək “Nant” (22 aprel), “Anje” (25 aprel) və “Bavariya” (28 aprel) ilə qarşılaşacaq.







Fransa L.1

“Monako” səfərdə xal itirdi
  • Fransa L.1
  • 23:30 12.09.2026
“Monako” səfərdə xal itirdi