21 aprel 2026. Çərşənbə axşamı

“Endrik futbol oynasın, başqa şey yox”


“Endrik futbol oynasın, başqa şey yox”

Fransa Liqa 1-də PSJ doğma meydanda “Lion”a 1:2 hesabı ilə uduzub.

90deqiqe.Az xəbər verir ki, oyundan sonra Paris klubunun müdafiəçisi Əşrəf Hakimi braziliyalı futbolçu Endriklə yaşanan insidentə münasibət bildirib. Mərakeşli futbolçu qeyd edib ki, Endrik azarkeşlərə yönəlmiş hərəkətlərə görə onu qəzəbləndirib:

“İstəyirdim ki, o, azarkeşlərimizə qarşı yönəlmiş hərəkətləri dayandırsın. O, sadəcə futbol oynamalıdır, yaxşı oyunçudur. Amma futbol olmayan hərəkətlər məğlub olduğumuz vaxt daha çox əsəbiləşdirir”.

Qeyd edək ki, Endrik bu görüşdə “Lion”un qollarından birinin müəllifi olub.

Buna baxmayaraq, “PSJ” Liqa 1-də turnir cədvəlinə başçılıq edir. “Lans” isə bir oyun çox keçirərək bir xal geridə qərarlaşıb.







Fransa L.1

PSJ-də ciddi itki
  • Fransa L.1
  • 21:41 20.04.2026
PSJ-də ciddi itki
“Nitsa” evdə xal itirdi
  • Fransa L.1
  • 21:20 12.04.2026
“Nitsa” evdə xal itirdi