17 may 2026. Bazar günü

Luís Enrike PSJ ilə 2030-cu ilədək yeni müqavilə imzalayıb


Luís Enrike PSJ ilə 2030-cu ilədək yeni müqavilə imzalayıb

Luís Enrike PSJ-nin baş məşqçisi vəzifəsində qalacaq.

90deqiqe.Az-ın “Diario AS”a istinadən məlumatına görə, ispan mütəxəssis Paris klubuyla müqavilənin 2030-cu ilin yayına qədər uzadılması barədə razılığa gəlib. Razılaşmanın rəsmi şəkildə mövsümün sonunda elan olunacağı bildirilir.

Hazırda Enrike bütün diqqətini mövsümün həlledici mərhələsinə yönəldib. O, həm Fransa çempionatını, həm də Çempionlar Liqasını qazanmağı hədəfləyir.

Luís Enrike 2023-cü ildə “PSJ”yə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında Paris təmsilçisi 3 dəfə Fransa Superkubokunu, 2 dəfə Fransa çempionatını və Fransa Kubokunu qazanıb. Klub həmçinin Çempionlar Liqası, UEFA Superkuboku və Qitələrarası Kubokun da sahibi olub.







Fransa L.1

Fati “Monako”da qalacaq
  • Fransa L.1
  • 23:07 06.05.2026
Fati “Monako”da qalacaq
“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi