23 aprel 2026. Cümə axşamı

“Mbappe "Qızıl top"u qazanacaq, bu sadəcə vaxt məsələsidir”


“Mbappe "Qızıl top"u qazanacaq, bu sadəcə vaxt məsələsidir”

“Monako”nun fransalı yarımmüdafiəçisi Pol Poqba hesab edir ki, “Real Madrid”in hücumçusu Kilian Mbappe “Qızıl top” mükafatını qazanacaq.

90deqiqe.Az xəbər verir ki, "Madrid Universal" futbolçunun dediklərini belə çatdırıb.

“Mbappenin ‘Qızıl top’ səsverməsində qalib gəlməsi sadəcə vaxt məsələsidir. Mənim üçün o, bütün mövsümün ən yaxşı futbolçusudur. İndi o, əvvəlkindən daha çox qol vurur. ‘Real’da hətta Kriştiano Ronaldonun ilk mövsümündən də çox qol vurub. O, inkişaf etməyə davam edə bilər”, – deyə Poqba bildirib. 

Cari mövsümdə 27 yaşlı Mbappe bütün turnirlər nəzərə alınmaqla 40 oyuna çıxıb, 41 qol vurub və 6 məhsuldar ötürmə edib.







Fransa L.1

PSJ evdə “Nant”ı məğlub etdi
  • Fransa L.1
  • 00:11 23.04.2026
PSJ evdə “Nant”ı məğlub etdi
PSJ-də ciddi itki
  • Fransa L.1
  • 21:41 20.04.2026
PSJ-də ciddi itki