- Fransa L.1
- 01:02 23.04.2026
Fransa Liqa 1-in 26-cı turunda PSJ və “Nant” komandaları qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, oyun Fransanın paytaxtı Parisdə yerləşən “Park de Prens” stadionunda keçirilib. Matçın baş hakimi Kleman Tyurpen (Ullen, Fransa) olub.
Görüşdə meydan sahibləri 3:0 hesabı ilə qələbə qazanıb.
Oyunda ilk qolu 13-cü dəqiqədə PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya penaltidən vurub. 37-ci dəqiqədə hücumçu Dezire Due hesabı 2:0 edib. 50-ci dəqiqədə Xviça Kvaratsxeliya dublunu rəsmiləşdirib.
PSJ-nin qapıçısı Matvey Safonov bütün oyunu keçirib və qapısını toxunulmaz saxlayıb.
Çempionatda 29 oyundan sonra PSJ 66 xalla turnir cədvəlinə başçılıq edir. “Nant” isə 30 oyundan sonra 20 xalla 17-ci, yəni sonuncudan əvvəlki pillədə qərarlaşıb.