7 iyun 2026. Bazar günü

“Nitsa” “Strasburq”u məğlub edib Fransa Kubokunun finalına yüksəldi


“Nitsa” “Strasburq”u məğlub edib Fransa Kubokunun finalına yüksəldi

Fransa Kubokunun yarımfinal mərhələsində “Strasburq” “Nitsa”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, görüş 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb və “Nitsa” turnirin finalına yüksəlib.

Matçın ilk hissəsində qapılara qol vurulmayıb. İkinci hissədən sonra “Nitsa” oyunun tempini artırıb və 51-ci dəqiqədə hesabı açıb. Elye Vahi fərqlənib, qola isə Jonatan Kloss məhsuldar ötürmə verib.

82-ci dəqiqədə Vahi ikinci dəfə fərqlənərək dubl edib və komandasının qələbəsini rəsmiləşdirib.

Beləliklə, “Nitsa” Fransa Kubokunun finalına vəsiqə qazanıb və titul uğrunda “Lans”la qarşılaşacaq.







Fransa L.1

“Komandasız heç nəsən”
  • Fransa L.1
  • 22:37 25.05.2026
“Komandasız heç nəsən”