7 noyabr 2026. Şənbə

PSJ 3 xalı 3 qolla qazandı


PSJ 3 xalı 3 qolla qazandı

Fransa Liqa 1-in 31-ci turunda “Anje” doğma meydanda PSJ-ni qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Raymon Kopa” stadionunda keçirilən qarşılaşma Paris təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb – 3:0. Oyunu baş hakim Jeremi Stina idarə edib.

Hesab matçın 8-ci dəqiqəsində Li Kan İn tərəfindən açılıb. 39-cu dəqiqədə Senni Mayulu fərqi iki topa çatdırıb, 52-ci dəqiqədə isə Lukas Beraldo üçüncü qolu vuraraq oyunun yekun nəticəsini müəyyənləşdirib.

Görüşün 74-cü dəqiqəsində “PSJ”nin hücumçusu Qonsalo Ramos ikinci sarı vərəqə alaraq meydandan uzaqlaşdırılıb.

Qeyd edək ki, “PSJ”nin qapıçısı Matvey Safonov tam oyun keçirərək qapısını toxunulmaz saxlayıb.

Bu nəticədən sonra Paris klubu 69 xalla turnir cədvəlinə başçılıq edir. “Anje” isə 34 xalla 13-cü pillədə qərarlaşıb.

Növbəti turda “Anje” 3 mayda səfərdə “Oser”lə qarşılaşacaq, “PSJ” isə bir gün əvvəl evdə “Loryan”ı qəbul edəcək.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi