27 aprel 2026. Bazar ertəsi

“Nant” səfərdə uduzdu


“Nant” səfərdə uduzdu

Fransa çempionatının 31-ci turu çərçivəsində “Renn” öz meydanında “Nant”ı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesab oyunun 8-ci dəqiqəsində açılıb. “Renn”in hücumu nəticə verib və təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirən Esteban Lepol komandasını önə çıxarıb.

“Nant” isə fasiləyə az qalmış tarazlığı bərpa edib. Nikola Kozzanın məhsuldar ötürməsindən sonra İqnatius Qanaqo fərqlənib.

Görüşün taleyi 90-cı dəqiqədə həll olunub. Valentin Ronjye vurduğu qolla “Renn”ə qələbə qazandırıb.

Bu nəticədən sonra “Renn” 56 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Nant” isə 20 xalla aşağı liqaya düşmə zonasındadır. Komanda 17-ci, yəni sondan əvvəlki yeri tutur və Liqa 1-də qalmaq şansları olduqca zəif qiymətləndirilir.







Fransa L.1

“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu
“Lill”ə bir qol bəs etdi
  • Fransa L.1
  • 22:02 26.04.2026
“Lill”ə bir qol bəs etdi
PSJ 3 xalı 3 qolla qazandı
  • Fransa L.1
  • 23:01 25.04.2026
PSJ 3 xalı 3 qolla qazandı
“Lion”dan çətin qələbə
  • Fransa L.1
  • 19:07 25.04.2026
“Lion”dan çətin qələbə
PSJ evdə “Nant”ı məğlub etdi
  • Fransa L.1
  • 00:11 23.04.2026
PSJ evdə “Nant”ı məğlub etdi