27 aprel 2026. Bazar ertəsi

“Mets” səfərdə “Havr”la heç-heçə etdi


“Mets” səfərdə “Havr”la heç-heçə etdi

Fransa çempionatının 31-ci turunda “Havr” öz meydanında “Mets”i qəbul edib.

90deqiqe.Az xəbər verir ki, gərgin və məhsuldar keçən qarşılaşma 4:4 hesablı heç-heçə ilə yekunlaşıb.

Meydan sahibləri oyuna fəal başlayaraq 5-ci dəqiqədə hesabı açıblar. Mbnana Samatta fərqlənib. Lakin 9-cu dəqiqədə Georgi Kvilitaya “Mets”in tarazlığı bərpa etməsinə kömək edib.

13-cü dəqiqədə Yasin Kehta “Havr”ı yenidən önə çıxarıb. Birinci hissənin sonuna yaxın Qotye En “Mets”ə bərabərlik gətirib.

İkinci hissənin əvvəlində, 51-ci dəqiqədə Yannis Zuavi penaltidən fərqlənərək “Havr”ı yenidən hesabda önə keçirib. Lakin qonaqlar dərhal cavab verərək Cayan Pandorun dəqiq zərbəsi ilə tarazlığı bərpa ediblər.

60-cı dəqiqədə Fode Dukure “Havr”ı üçüncü dəfə önə çıxarıb. Bununla belə, görüşün sonlarına yaxın Qotye En “Mets”i məğlubiyyətdən xilas edib.

Bu nəticədən sonra “Havr” 31 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. “Mets” isə 16 xalla 18-ci yerdədir.







Fransa L.1

“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu
“Lill”ə bir qol bəs etdi
  • Fransa L.1
  • 22:02 26.04.2026
“Lill”ə bir qol bəs etdi
PSJ 3 xalı 3 qolla qazandı
  • Fransa L.1
  • 23:01 25.04.2026
PSJ 3 xalı 3 qolla qazandı
“Lion”dan çətin qələbə
  • Fransa L.1
  • 19:07 25.04.2026
“Lion”dan çətin qələbə
PSJ evdə “Nant”ı məğlub etdi
  • Fransa L.1
  • 00:11 23.04.2026
PSJ evdə “Nant”ı məğlub etdi