- Fransa L.1
- 23:37 29.04.2026
Fransanın PSJ klubu qapıçı Lyuka Şevalye və müdafiəçi Əşrəf Hakiminin zədələnməsi ilə bağlı açıqlama yayıb.
90deqiqe.Az-ın məlumatına görə, mərakeşli futbolçu UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Münhen “Bavariya”sına qarşı keçirilən görüşdə (5:4) zədə alıb. Komandalar Parisdə “Park de Prens” stadionunda qarşılaşıb.
Daha əvvəl mətbuatda Hakiminin sağ budundan aldığı zədə səbəbindən bir neçə həftə meydanlardan uzaq qalacağı barədə məlumat yayılmışdı və klub bu xəbəri təsdiqləyib.
Bundan əlavə, PSJ-nin məşq zamanı fransalı qapıçı Lyuka Şevalye də oxşar zədə alıb.
Tibbi açıqlamada bildirilir ki, hər iki futbolçu yaxın həftələr ərzində klubun tibbi heyətinin nəzarəti altında olacaq.