- Fransa L.1
- 00:50 04.05.2026
Fransa Liqa 1-in 32-ci turunda “Lion” öz meydanında “Renn”i qəbul edib.
90deqiqe.Az xəbər verir ki, görüş 4:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Qonaqlar sürətli qola üstünlük verərək 6-cı dəqiqədə hesabı açıblar. Mussa Al-Tamari fərqlənib.
37-ci dəqiqədə “Lion” hesabı bərabərləşdirib. Roman Yaremçuk dəqiq zərbə ilə fərqlənib. 42-ci dəqiqədə isə Korentin Tolisso “Lion”u önə keçirib.
Fasilədən dərhal sonra “Renn” yenidən tarazlığı bərpa edib. 52-ci dəqiqədə Afonso Moreyra “Lion”u yenidən irəli çıxarıb. 75-ci dəqiqədə isə Endrik son nöqtəni qoyub.
Bu qələbədən sonra “Lion” 60 xalla turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Renn” isə 56 xalla 5-ci yerdə qərarlaşıb.