- Fransa L.1
- 23:07 06.05.2026
“Monako” klubunun hücumçusu Ansu Fati karyerasını böyük ehtimalla Fransa təmsilçisində davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
O “Monako”nun futbolçunun 11 milyon avro qarşılığında birdəfəlik transferini aktivləşdirmək qərarı verdiyini və eyni zamanda, “Barselona” gələcək satışdan müəyyən faiz payı əldə edəcəyini qeyd edib.
Qeyd edək ki, Fati “Barselona” akademiyasının yetirməsidir. O, cari mövsümün sonuna qədər icarə əsasında “Monako”da çıxış edib.
Futbolçunun “Barselona” ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədər qüvvədədir.
Cari mövsümdə hücumçu “Monako” forması ilə bütün turnirlərdə 28 oyuna çıxıb, 11 qol vurub. “Transfermarkt” portalı onun bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir.