- Fransa L.1
- 23:21 08.05.2026
PSJ klubunun baş məşqçisi Luis Enrike ilə yeni müqavilə imzalanması gündəmdədir.
90deqiqe.Az xəbər verir ki, hazırda klubun əsas diqqəti Fransa çempionluğu və Çempionlar Liqasının qazanılmasına yönəlib. PSJ rəhbərliyi mövsüm başa çatdıqdan sonra müqavilənin rəsmiləşdirilməsinə müsbət yanaşır.
Qeyd olunur ki, aparılan danışıqlardan sonra bütün tərəflər eyni mövqedədir və razılıq mühiti mövcuddur.
Luis Enrike 2023-cü ildən Paris klubuna rəhbərlik edir. Bu müddət ərzində komanda 10 kubok qazanıb, o cümlədən 3 Fransa çempionluğu və 1 Çempionlar Liqası titulu əldə edib.
Hazırda PSJ Fransa Liqa 1-də turnir cədvəlinə başçılıq edir və ikinci yerdəki “Lans”ı 6 xal qabaqlayır.
Çempionlar Liqasının finalında Paris təmsilçisi mayın 30-da Londonun “Arsenal” klubu ilə qarşılaşacaq.