- Fransa L.1
- 22:37 25.05.2026
Fransanın “Lill” klubu baş məşqçisi Bruno Jenezio ilə yolların ayrıb.
90deqiqe.Az-ın məlumatına görə, klub və mütəxəssis iki illik əməkdaşlıqdan sonra müqaviləni uzatmamaq barədə qərar qəbul ediblər. “Doglar” 59 yaşlı məşqçiyə gördüyü işlərə görə təşəkkür ediblər.
Qeyd olunur ki, “Lill” Fransa çempionatını 3-cü pillədə başa vuraraq Çempionlar Liqasının ümumi mərhələsinə vəsiqə qazanıb.
Bruno Jenezionun rəhbərliyi altında komanda iki mövsümdə 99 oyun keçirib: 50 qələbə, 19 heç-heçə və 30 məğlubiyyət əldə edib.
Yaxın günlərdə “Lill”in yeni baş məşqçisinin adını açıqlayacağı gözlənilir.