- Fransa L.1
- 22:37 25.05.2026
Fransanın PSJ klubunun cinah hücumçusu Xviça Kvaratsxeliya karyerası ərzində necə dəyişdiyindən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, gürcü futbolçu bildirib ki, zamanla daha çox komanda yönümlü oyunçuya çevrilib.
“Fikrimcə, karyerama başlayanda daha çox fərdi oyunçu idim, nəinki komanda oyunçusu. Amma tezliklə anladım ki, komandasız sən heç nəsən. Çox az futbolçu oyunu təkbaşına qazana bilər. Başa düşdüm ki, yaxşı komanda olduqda və hər futbolçu əlindən gələni etdikdə nəticə mütləq gəlir”, – deyə Kvaratsxeliya Avropa Futbol Assosiasiyaları İttifaqının saytına istinadən bildirib.
Xviça Kvaratsxeliya və PSJ--nin digər futbolçuları hazırda Çempionlar Liqasının finalına hazırlaşırlar. Paris təmsilçisinin rəqibi “Arsenal” olacaq. Qarşılaşma 30 may tarixində keçiriləcək.