- Fransa L.1
- 14:58 28.05.2026
PSJ-nin sabiq futbolçusu Jerom Roten Paris klubunun hücumçusu Usman Dembele ilə hazırda “Real”da çıxış edən keçmiş parislilərdən Kilian Mbappe arasında seçim edib.
90deqiqe.Az-ın məlumatına görə, 48 yaşlı sabiq futbolçu seçimini Dembeledən yana etdiyini bildirib:
“Dembele, yoxsa Mbappe? Mənim seçimim Dembeledir. Hesab edirəm ki, o, kamera və meydandan kənarda olduqca sadə insandır. Hər ikisini tanıyıram, amma Usmanı daha çox bəyənirəm. Bu, Kilianın pis insan olması və ya ona qarşı dözümsüzlüyüm demək deyil. Sadəcə, o, çox dəyişib. Usman “Qızıl top”u qazandıqdan sonra özünü hamıdan üstün saya bilərdi, amma məncə, o, çox təvazökardır”.
2025/26 mövsümündə Usman Dembele bütün turnirlərdə PSJ-nin heyətində 39 oyuna çıxıb, 19 qol vurub və 11 məhsuldar ötürmə edib.