28 may 2026. Cümə axşamı

Avropa çempionu karyerasını başa vurdu


Avropa çempionu karyerasını başa vurdu

Portuqaliyalı müdafiəçi Joze Fonte peşəkar futbolçu karyerasını başa vurub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə daha əvvəl kapitanı olduğu Fransanın “Lill” klubunun mətbuat xidməti məlumat yayıb.

Fontenin karyerasındakı son komandası Portuqaliyanın “Kasa Piya” klubu olub. Təcrübəli futbolçu ötən mövsüm həmin komandanın heyətində 20 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.

Joze Fonte Lissabon “Sportinq”inin yetirməsidir. Lakin o, karyerasının böyük hissəsini İngiltərədə keçirib. Müdafiəçi 2007-2018-ci illərdə “Kristal Pelas”, “Sauthempton” və “Vest Hem” klublarının formasını geyinib.

Fonte xüsusilə “Sauthempton”dakı çıxışı ilə yadda qalıb. O, bu klubda yeddi il çıxış edib.

Portuqaliyalı futbolçu 2018-2023-cü illərdə isə Fransanın “Lill” komandasında oynayıb.

Joze Fonte 2016-cı ildə Portuqaliya milli komandasının heyətində Avropa çempionu olub.







Fransa L.1

“Komandasız heç nəsən”
  • Fransa L.1
  • 22:37 25.05.2026
“Komandasız heç nəsən”
Fati “Monako”da qalacaq
  • Fransa L.1
  • 23:07 06.05.2026
Fati “Monako”da qalacaq
“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə