7 noyabr 2026. Şənbə

Karlo Ançelottinin oğlu “Lill”ə rəhbərlik edəcək


Karlo Ançelottinin oğlu “Lill”ə rəhbərlik edəcək

Fransanın “Lill” klubu baş məşqçi postuna yeni təyinatı rəsmən açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi komandanın sükanını italiyalı mütəxəssis Davide Ançelottiyə həvalə edib. 36 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.

Davide Ançelotti məşqçilik fəaliyyətinin böyük hissəsini atası Karlo Ançelottinin köməkçisi kimi keçirib. O, bu müddətdə Almaniyanın “Bavariya”, İtaliyanın “Napoli”, İngiltərənin “Everton” və İspaniyanın “Real Madrid” klublarında çalışıb.

İtaliyalı mütəxəssis həmçinin qısa müddət Braziliyanın “Botafoqo” klubunda baş məşqçi kimi fəaliyyət göstərib. Hazırda isə o, Braziliya milli komandasının məşqçilər korpusunda yer alır.

Qeyd edək ki, ötən mövsüm Fransa çempionatını üçüncü pillədə başa vuran “Lill” UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. Klubda baş məşqçi postu Bruno Jenezionun ayrılmasından sonra vakant qalmışdı.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi