- Fransa L.1
- 23:50 01.06.2026
"Monako" klubu baş məşqçisi Sebastyen Pokonyoli ilə əməkdaşlığa son qoyub.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-ağlar" ötən ilin oktyabrından komandaya rəhbərlik edən 38 yaşlı mütəxəssisə gördüyü işlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Sebastyen Pokonyolinin rəhbərliyi altında "Monako" 38 rəsmi oyun keçirib. Komanda bu qarşılaşmalarda 16 qələbə qazanıb, 9 heç-heçə edib və 13 məğlubiyyət alıb.
Qeyd edək ki, mövsümü Fransa çempionatında yeddinci pillədə başa vuran knyazlıq təmsilçisi növbəti mövsüm üçün Konfrans Liqasına vəsiqə əldə edib.