22 oktyabr 2024. Çərşənbə axşamı

PSJ-dən daha bir rekord göstərici


PSJ-dən daha bir rekord göstərici
PSJ Fransa çempionatının 9-cu turunda “Anje”yə 4:0 hesabıyla qalib gəlib.

Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi bu görüşdə rekorda imza atıb. 
 
Belə ki, oyun ərzində PSJ-nin 6 futbolçusu topa 100 dəfə və daha artıq toxunmaqla yadda qalıb. Leandro Paredes 148, Marko Verratti 146, İdrissa Queye 144, Tyaqo Silva 131, Presnel Kimpembe 119, Neymar 105 dəfə topa toxunublar. Bu da 2006/07 mövsümündən bəri Liqa 1-də rekord göstərici sayılır.
 
Qeyd edək ki, 9 turdan sonra 21 xal toplayan PSJ turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib