7 noyabr 2026. Şənbə

Mbappe karyerasının ən yaxşı oyununu açıqladı


Mbappe karyerasının ən yaxşı oyununu açıqladı

“Real”ın hücumçusu Kilian Mbappe futbol karyerasında ən yaddaqalan matçının hansı olduğunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, fransalı ulduz “Barselona”ya qarşı keçirdiyi və het-trik etdiyi oyunu ən yaxşı performansı hesab edir.

"“Barselona”ya qarşı het-trik etdiyim matç — PSJ-də çıxış etdiyim vaxt", - deyə Mbappe bildirib.

Qeyd edək ki, həmin qarşılaşma 2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda baş tutub. “PSJ” səfərdə “Barselona”nı 4:1 hesabı ilə məğlub edib.

Cavab görüşündə isə komandalar 1:1 hesablı heç-heçə ediblər. Həmin matçda da Mbappe fərqlənməyi bacarıb.

Xatırladaq ki, ilk oyun “Barselona”nın ev stadionu olan “Kamp Nou”da keçirilib.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi