30 iyun 2026. Çərşənbə axşamı

"Marsel" baş məşqçisi ilə yollarını ayırdı


"Marsel" baş məşqçisi ilə yollarını ayırdı

Seneqallı mütəxəssis Habib Beye "Marsel"in baş məşqçisi vəzifəsindən ayrılıb.

90deqiqe.Az  klubun rəsmi saytına istinadla xəbər verir ki, 48 yaşlı çalışdırıcı bu ilin fevralında komandanın sükanı arxasına keçərək italiyalı mütəxəssis Roberto de Zerbini əvəzləmişdi.

Habib Beyenin rəhbərliyi altında "Marsel" 13 oyuna çıxıb. Komanda bu görüşlərin altısında qələbə qazanıb, altısında məğlub olub, bir matç isə heç-heçə başa çatıb.

Fransa çempionatının 2025/2026 mövsümünün yekununda "Marsel" turnir cədvəlini beşinci pillədə başa vurub.

Qeyd edək ki, Habib Beye "Marsel"ə gəlməzdən əvvəl "Renn" və Parisin "Red Star" klubunda baş məşqçi kimi çalışıb.







Fransa L.1

“Komandasız heç nəsən”
  • Fransa L.1
  • 22:37 25.05.2026
“Komandasız heç nəsən”