7 noyabr 2026. Şənbə

Tolisso "Lion"la yeni müqavilə imzaladı


Tolisso "Lion"la yeni müqavilə imzaladı

Fransanın "Lion" klubu yarımmüdafiəçisi Korenten Tolisso ilə yeni müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 31 yaşlı futbolçunun yeni müqaviləsi üç il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, Tolisso "Lion" akademiyasının yetirməsidir. O, peşəkar karyerası ərzində yalnız bir dəfə doğma klubunu tərk edib. Fransalı yarımmüdafiəçi 2017-2022-ci illərdə Almaniyanın "Bavariya" klubunun formasını geyinib.

Korenten Tolisso "Lion"un heyətində indiyədək 220-dən çox rəsmi oyunda meydana çıxıb. O, 2017-2021-ci illərdə Fransa millisindən dəvət alsa da, sonradan milli komandaya çağırılmayıb.

Xatırladaq ki, "Lion" ötən mövsüm Liqa 1-i 60 xalla dördüncü pillədə başa vursa da, avrokuboklara vəsiqə qazana bilməyib.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi