- Fransa L.1
- 23:58 27.07.2026
Fransanın PSJ klubu "Leyptsiq"in hücumçusu Yan Diomandenin Madrid "Real"ına gözlənilən transferi ilə bağlı diqqətçəkən açıqlama yayıb.
90deqiqe.Az xəbər verir ki, bunu "L'Équipe" nəşri yayıb.
Paris təmsilçisi bəyanatında futbolçu üçün tələb olunan məbləğin həddindən artıq yüksək olduğunu vurğulayıb.
"Leyptsiq" istedadlı futbolçu üçün ağılasığmaz məbləğ tələb edir. Halbuki o, cəmi bir il əvvəl İspaniyanın ikinci divizionunda çıxış edirdi. Sadəcə bir klub şou yaratdı deyə, biz belə astronomik məbləğlər ödəməyə hazır deyilik. Bu, hazırda "Real"da baş verənlər barədə çox şeyi göstərir", - deyə PSJ-nin açıqlamasında bildirilib.
Qeyd edək ki, Yan Diomande ötən mövsüm bütün turnirlərdə 36 oyunda meydana çıxaraq 13 qol vurub və 10 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalının məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 90 milyon avro təşkil edir.